17:27

Lənkəranda 60 yaşlı qadın ana olub

Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşı qadın uşaq dünyaya gətirib.

Bu barədə məlumat Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin sosial şəbəkə hesabında yayılıb.

Məlumata görə, Lənkəran rayonunun Bürcəli kənd sakini, 1963-cü il təvəllüdlü Ayaxanım İltifat qızı Səfərova hamiləliyin 37-ci həftəsində dekabrın 5-də qeysəriyyə yolu ilə çəkisi 3100 qram, boyu 49 santimetr olan qız uşağı dünyaya gətirib. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxşdir.

Əməliyyatı mərkəzin mama-ginekoloqu Fərqanə Mustafayeva icra edib.

Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir.

Ayaxanım Səfərova göstərilən qayğı və diqqətə görə tibb mərkəzinə, müəssisə rəhbərliyinə və TƏBİB-ə minnətdarlığını bildirib.