08:44

TANINMIŞ HÜQUQŞÜNAS VƏFAT EDİB

Tanınmış hüquqşünas, uzun illər məhkəmə sistemində çalışmış Sabir Mirzağa oğlu Qarayev 87 yaşında vəfat edib.

Xəbər24.medianın məlumatına görə, S.Qarayev 1937-ci ildə Lənkəran şəhərində anadan olub. Pedaqoji texnikumu, daha sonra Azərbayacan Pedaqoji İnstitutunu bitirib. 1962-78-ci illərdə şəhər 5 saylı orta məktəbində fizika-riyaziyyat müəllimi işləyib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra əmək fəaliyyətini hüquq sahəsində davam etdirib. Lerik rayon məhkəməsində xalq hakimi, Masallı rayon xalq məhkəməsinin sədri, Lənkəran rayon məhkəməsinin sədri, Lənkəran Şəhər İcra Hakimiyyətində yetkinlik yaşına çatmamışlar üzrə komissiyanın məsul katibi işləyib.

"Oktyabr İnqilabı" ordeni və medallarla təltif olunub.

Qeyd edək ki, mərhum bu gün saat 10.30-da Lənkəran şəhərinin Böyük Bazar qəbirstanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin.