Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində qalib layihələrdən olan "Qısamüddətli təlim qrupunun yaradılması" layihəsinin açılış mərasimi keçirilib.
Xəbər24.medianın məlumatına görə, mərasim Zaqatala rayonundakı Danaçı kənd 1 nömrəli tam orta məktəbində baş tutub.
Açılış mərasimində layihənin rəhbəri, işçi heyəti və valideynlər iştirak ediblər.
Qeyd olunub ki, layihənin əsas məqsədi Danaçı kənd körpələr evi-uşaq bağçasının nəzdində 2 qısamüddətli təlim qruplarının yaradılması ilə kənddə yaşayan və bağçada boş yer olmadığı üçün məktəbəqədər təhsilə qatılmayan 1-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmalarının təmin edilməsinə dəstək olunmaqdan ibarətdir.
Çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar diləyiblər.