16:59

"Mübariz Azərbaycan qadınları"

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş "Mübariz Azərbaycan qadınları " adlı tədbir keçirilib.

Xəbər24.medianın məlumatına görə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbiri giriş sözü ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e Arzuyə Rufullayeva açaraq bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

A. Rufullayeva milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını, müstəqil Azərbaycanın bugünkü istimai siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğunu, onların ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğruldduqlarını bildirib.

Eyni zamanda, qadınlarımızın fəallığından söz açarkən A.Rufullayeva Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulayaraq, xalqımızın zəngin maddi-mənəvi irsinin öyrənilməsində, qədim tariximizin və mədəniyyətimizin təbliğində onların misilsiz xidmətlərinin qadınlarımız tərəfindən örnək kimi qəbul edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında İctmai Şuranın sədri, "Lənkəran" qəzetinin baş redaktoru Əlimərdan Əliyev, gənc müğənni Allahverən Pərvizoğlu dövlətimizin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycan qadınının yüksək pillələrdə dayandığını, ölkə daxilində və beynəlxalq aləmdə  böyük nailiyyətlər qazanaraq  ictimai həyatın bütün sahələrində öz sözünü  inamla dediyini qeyd ediblər.

Tədbirin bədii hissəsi tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilib.

Sonda bir qrup kitabxana əməkdaşı keçirilən tədbirlərdə fəal iştirakına görə və 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Fəxri Fərman ilə təltif olunublar.