21:59

Qubada "İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil" layihəsinin bağlanış mərasimi olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan "İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil" layihəsinin bağlanış mərasimi keçirilib.

Xəbər24.medianın məlumatına görə, mərasim Quba şəhəri Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin komanda üzvləri, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin həyata keçirilməsində məqsəd ADPU-nun Quba filiallında təhsil alan 20 nəfər III və IV kurslarına inklüziv təhsil üzrə təlimlərdən keçirmək, gələcəyin müəllimlərinin inklüziv sinif otaqlarında dərs keçmək üçün potensial və səriştələrinin artırmaq, onların biliklərinin paylaşması və ilkin təcrübələrinin toplanması məqsədilə məktəblərdə könüllülük failiyyətinə cəlb etmək və 5 məktəbdə öyrənmədə çətinliyi olan - sağlamlıq imkanları məhdud olan uşaqların davamlı öyrənməsini təmin etməkdən ibarət olub.

Daha sonra çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, layihə uğurla yekunlaşıb.