19:21

Nefçalada dövlət qulluqçularının 20,2 faizini qadınlar təşkil edir

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır.

Neftçala Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfovun Xəbər24.mediaya verdiyi məlumata görə, 2024-cü il yanvarın 1-nə rayonda dövlət qulluqçularının sayı 104 nəfər olmuşdur ki, onların da 20,2 faizini qadınlar təşkil edir.

Dövlət qulluqçularının 1,9 faizi 4-cü təsnifat, 3,0 faizi 5-ci təsnifat, 6,7 faizi 6-cı təsnifat, 76,9 faizi 7-ci təsnifat və 11,5 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.

Dövlət qulluqçularının 2,9 faizi 1 ilədək, 26,0 faizi 1 ildən 5 ilədək, 25,0 faizi 5 ildən 10 ilədək, 29,8 faizi 10 ildən 15 ilədək, 16,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 10,6 faizini 25-29 yaşadək, 12,5 faizini 30-34 yaşda, 16,4 faizini 35-39 yaşda, 14,4 faizini 40-44 yaşda, 10,6 faizini 45-49 yaşda, 11,5 faizini 50-54 yaşda, 11,5 faizini 55-59 yaşda, 7,7 faizini 60-64 yaşda, və 4,8 faizini isə 65 yaş və yuxarı yaşda olan şəxslər təşkil edir.

2023-cü ildə Nefşalada dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1299,3 manat təşkil etmişdir.