16:58

Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Lənkəran rayonu ərazisində hərəkətdə olan “Kia” markalı avtomobilin sürücüsü ötmə qaydasını pozduğu üçün Şəhər-Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24.mediaya verilən məlumata görə, avtomobilin sükanı arxasında olan Lənkəran rayon sakini A.Əkbərzadənin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, A.Əkbərzadənin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Əkbərzadə 1 ay müddətində inzibati qaydada həbs edilib.