11:44

Astarada 60 yaşlı qadını yük maşını vuraraq öldürüb

Astarada ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24.mediaya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb. Ramil Məmmədov idarə etdiyi "DAF" markalı ağırtonajlı yük maşını 60 yaşlı qəsəbə sakini Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yrində ölüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.