09:16

Bakı şəhər sakini 12 kiloqram narkotik vasitə ilə saxlanılıb-Cəlilabadda

Bakı şəhər sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb. Bu barədə məlumat Xəbər24.mediaya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilib. Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Fərzili kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Məmməd Əhmədov saxlanılıb. Həmin şəxsə məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4,5 kiloqram heroin, 7,5 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Araşdırma zamanı onun İrandan qanunsuz yolla ölkə ərazisinə göndərilən bu narkotik vasitələri paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.