09:16

Yardımlıda narkokuryerlərdən 14 kiloqram marixuana aşkarlanıb

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb. Bu barədə Xəbər24.mediaya DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə Samid Məmmədov və əvvəllər məhkum olunmuş Nurəli Məmmədov saxlanılıblar.

Onların olduğu "Opel" markalı avtomobildən 14 kiloqram marixuana aşkarlanıb. Saxlanılanların narkotik vasitəni İranda yaşayan, şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdikləri və ölkə ərazisində deyiləcək yerlərə çatdırmağı planlaşdırdıqları müəyyən olunub.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.