14:41

Bakıya külli miqdarda narkotik aparmaq istəyən şəxs yaxalanıb

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən Xəyal Məmmədov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24.mediaya verilən məlumata görə, X.Məmmədovdan 6 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 178 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitəni İran vətəndaşından əldə etdiyi və pul qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.