09:04

Lənkəranda ötən bir ayda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etmiş 33 nəfər yaxalanıb

Lənkəran polisi 18 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb. Bu barədə Xəbər24.mediaya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Lənkəran Şəhər - Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri sayəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Hüseynov yaxalanıb.

Baxış zamanı ondan tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 17 kiloqram marixuana və 1 kiloqram heroin aşkarlanıb.

Araşdırmalarla E.Hüseynovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan Razi adlı İran vətəndaşından əldə etdiyi müəyyənləşdirilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumatda o da bildirilib ki, bir ay ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 33 nəfər saxlanılıb.

Araşdırmalar aparılır.