18:52

Energetika naziri Lerikdə vətəndaşları qəbul edib

Bu gün energetika naziri Pərviz Şahbazov Lerik rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Xəbər24.media-nın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbulda vətəndaşların elektrik enerjisi və qaz təchizatı, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, cərimələr, kabelləşmə, yeni transformatorun quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Lerik, Lənkəran və Masallı rayonlarından olan 21 vətəndaş iştirak edib.

Xəbər24.media
Şahidi olduğunuz hər hansı bir hadisəni, təklif və iradlarınızı saytın e-mail ünvanına göndərə bilərsiniz: xebermedia24@rambler.ru