12:29

Masallının İcra başçısı rayonun Şərəfə kəndində yol tikintisi ilə tanış olub

Masallının Şərəfə kəndində yolların asfaltlanması işləri davam etdirilir. Xəbər24.medianın məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov növbəti dəfə asfaltlama aparılan əraziyə baş çəkərək görülən işlərlə yerindəcə tanış olub. Bildirilib ki, 47 saylı Yol İstismar idarəsinin kollektivi iki həftəyə yaxındır ki, Şərəfə kəndi ərazisində asfaltlanması işlərini keyfiyyətlə həyata keçirirlər.

İcra başçısı A.Əhmədov inşaatçılarla və müvafiq qurumların rəhbərləri ilə söhbətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və dəstəyi sayəsində respublikamızın bütün bölgələri ilə yanaşı, Masallı rayonunun da gündən-günə inkişaf etdiyini, aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun şəhər, qəsəbə və kəndlərinin küçələrində asfaltlanma işlərinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Yola baxış keçirən İcra başçısı 47 saylı Yol İstismar idarəsinin icraçı direktoru Mahmud Bağırova müvafiq tapşırıqlarını verib.