Neftçala rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan maldarlıqda uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, baş sayında və heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfovun Xəbər24.mediaya verdiyi məlumata görə, təsərrüfatlar üzrə aprelin 1-i tarixinə iribuynuzlu mal-qaranın sayı 45173 baş olub. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 1248 baş və ya 13,8 faiz çoxdur.
İnək və camışların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 3070 baş və ya 13,8 faiz artaraq 25351 başa çatıb. Qoyun və keçilərin baş sayı isə keçən ilin eyni dövrü ilə müqayisədə 4095 baş və ya 2,8 faiz artaraq 152022 baş təşkil edib.
Təsərrüfatlar üzrə 1012 ton ət istehsalı edilib. Bunun da 405 tonu quş ətidir. Süd istehsalı 6244 ton, yumurta istehsalı isə 2598 min ədəd təşkil edib.