16:41

Lənkəran teatrının truppası “Haqqın 44 günü” tamaşası ilə sərhədçilər qarşısında çıxış edib

15 İyun-Milli Qurtuluş Günü münasibətilə Lənkəran Dövlət Dram Teatrının truppası Anar Babalının müəllifi və quruluşçu rejissoru olduğu “Haqqın 44 günü” tamaşası ilə Lənkəran Sərhəd Dəstəsinin əsgər və zabitləri qarşısında çıxış edib. Xəbər24.medianın məlumatına görə, tamaşadan öncə teatrın direktoru İntiqam Hacılı və Sərhəd Dəstəsinin komandir müavini Ələkbər Lalayev çıxış edərək 15 iyun 1993-cü ilə söykənən Milli Qurtuluş Gününü milli şüurumuza yazılan şərəfli tarix kimi dəyərləndiriblər.
Daha sonra "Haqqln 44 günü" tamaqşasına baxış olub. Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizdən bəhs edən səhnə əsərində igid oğullarımızın döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.

Alqışlarla qarşılanan tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rolları aktyorlardan Səyad Əliyev, Emil Rzayev, Gülər Kərimli, Aysel Babazadə, Amil İbrahimli, Vəfa Hacızadə, Teymur Hacızadə və Günel Abbaszadə ifa ediblər.