12:19

LƏNKƏRANDA II KİTAB SƏRGİSİ - FOTOLAR

Aprelin 5-də Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Lənkəranda II Kitab Sərgisi keçirilib. Xəbər24.medianın məlumatına görə, sərginin açılış mərasimində Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini Dadaş Muxtarlı çıxış ediblər.

Çıxışlardan sonra Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sərgi çərçivəsində tanınmış qələm sahibləri oxucularla görüşərək kitablarını imzalayayıblar. Bundan başqa, dilçi alim Rafiq İsmayılovun “Oxuyub anlama təhsildə metabacarıq kimi”, təhsil texnoloqu Şəmil Sadiqin “Təhsildə STEAM yanaşması” mövzularında seminarları keçirilib.

Heydər Əliyev Mərkəzində reallaşan kitab sərgisi aprelin 7-ə kimi davam edib.






[/center]