19:09

Lənkəranın İcra başçısı şəhərdə aparılan asfaltlanma işləri ilə tanış olub

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən şəhər yollarının asfaltlanması istiqamətində cari ilin Tədbirlər Planına müvafiq olaraq zəruri addımlar atılır. İcra Hakimiyyəti aparatından Xəbər24.mediaya verilən məlumata görə, təmirə ehtiyacı olan küçələrin siyahısı müəyyənləşdirilərək, ayrılmış büdcəyə uyğun olaraq növbəlilik əsasında asfaltlanma işlərinin cari ilin sonunadək davam etdirilməsi nəzərdə tutulub.

Martın 30-da Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov asfaltlanması həyata keçirilən şəhid Mirxəyal Kərimzadə və şəhid Anar Səfərov küçələrində aparılan asfaltlanma işlərilə yerində tanış olub, işin gedişi ilə maraqlanıb.

Qeyd edək ki, şəhərin daha 8 küçəsində asfaltlanmanın aparılmasına hazırlıq işləri həyata keçirilir. Bunlar B.Mirsaleyev dalan 2, A.İsmayılov, M.Ə.Rəsulzadə, H.Nəsir, E.Əliyev, Kələntərlilər, Şeyx Zahid dalan 2 və M.Əsədov küçələridir.

Məlumatda o da bildirilir ki, yol infrastrukturunun inkişafı, yeni yolların salınması və asfalt örtüyünün yenilənməsi prosesi Lənkəran Şəhər İcra Hakimiyyətinin diqqətindədir, təmirə ehtiyacı olan bütün şəhərdaxili yolların əsaslı təmiri büdcədən ayrılan vəsaitə uyğun olaraq növbəlilik əsasında aparılır.

Cari ildə qeyd olunan küçələrədən əlavə daha 11 küçənin asfaltlanması nəzərdə tutulub, hazırda bu istiqamətdə müvafiq sənədləşmə işləri aparılır.