12:05

Otuza yaxın ahıl şəxs səyyari xidmətdən yararlanıb - FOTOLAR

Sosial Xidmətlər Agentliyi tərəfindən evdə səyyari sosial-məişət xidməti göstərilən ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbir keçirilib.

Xəbər24.medianın məlumatına görə, Agentliyin Lənkəran-Astara regional filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirə Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Masallı rayonlarından olan 30 ahıl cəlb edilib. Ahıllarla səmimi söhbət aparılıb, agentlik əməkdaşları onlara birlikdə təbiət qoynunda mənalı və xoş bir gün keçiriblər.