14:04

Masallıda qızlar üçün təhsil və peşə seçiminə start verilib - FOTOLAR

Masallı rayonunun kəndlərində yaşayan qızlar üçün təhsil və peşə seçimi layihəsinə start verilib.

Xəbər24.medianın məlumatına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin icra etdiyi “Kəndlərdə yaşayan qızların təhsilə və peşə seçiminə təşviqi” layihəsi çərçivəsində rayonun Şərəfə kəndində təşkil edilən təlimdə 26 məktəbli qız iştirak edib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Şərəfə kənd Q.İsmayılov adına tam orta məktəbin direktoru Gülcan Kərimova qonaqları salamlayaraq məktəbliləri bu cür layihələrdə fəal iştirak etməyə çağırıb.

Birliyin sədri, layihə rəhbəri Nərgiz Muxtarova layihə barədə geniş məlumat verilib, layihənin hədəflərini iştirakçıların diqqətinə çatdırılıb.

Layihənin eksperti Nemət Əliyev qızların təhsil almasının vacibliyini və bu tip layihələrin kəndlərdə reallaşdırılmasında təhsil səviyyəsinin artmasına müsbət təsir etdiyini qeyd edib.

Daha sonra layihə üzrə təlimçi Rafət Şirəliyev iştirakçılarla təhsilin formaları, təhsil və peşə sahələrdinə seçimin düzgün təhlili, ölkəmizdə peşə sahəsində strateji yol xəritəsi, fərdi inkişafın qurulması, təhsil və peşə seçiminin gələcək karyeraya təsiri mövzusunda məlumatları bölüşüb. Təlim zamanı fərdi tapşırıqlar əsasında potensial təhsil alan gənclərin üstünlüklərinin müəyyənləşdirilməsi istiqamətində qrup işləri həyata keçirilib.

Məlumat üçün bildirək ki, növbəti silsilə təlimlərin 2023-cü ilin oktyabr ayının sonunadək Masallı rayonunun daha 4 yaşayış məntəqəsində, o cümlədən Köhnə Alvadı, Qəriblər, Yeyənkənd və Qızılağac kəndlərində həyata keçirilməsi nəzərdə tutulub. Təlim proqramı yekunlaşdıqdan sonra qeyd olunan kəndlərdən müəyyən edilən 20 nəfər qız üçün Masallıda fəaliyyət göstərən müxtəlif qurumlarda və peşə subyektlərində təcrübə mübadiləsi təşkil ediləcək.

Qeyd edək ki, layihənin məqsədi Masallı rayonunun kəndlərinə yaşayan qızların təhsilə və peşələrə marağının arıtırlmasından və onların rayonun sosial-iqtisadi potensialını tanıtmaqdan ibarətdir.