21:04

Regional təhsil idarəsinə yeni təyinat olub

Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə yeni təyinat olub. Bu barədə Xəbər24.mediaya Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentliyin Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Yusif oğlu Mehdiyev Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.