13:56

Lənkəranda Kitab Festivalı keçirilib - FOTO

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Lənkəranda açıq havada Uşaq Kitab Festivalı keçirilib. Xəbər24.medianın məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov festivalda iştirak edib, kitab sərgisi ilə tanış olub və uşaqlarla söhbət edib, onlara bayram təbriklərini çatdırıb.

Qeyd edək ki, 4 gün davam edəcək festivalda 10 mindən çox uşaq ədəbiyyatına aid kitabların endirimli qiymətlərlə satışı həyata keçiriləcək. Bundan başqa, festival çərçivəsində uşaqlar üçün master-klaslar, “faceart”, əyləncəli və hədiyyəli oyunlar təşkil olunacaq.