15:52

Lənkəran-Boradigah şosesində "Mersedes” qəza törətdi

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. Xəbər24.medianın məlumatına görə, hadisə Lənkəran-Boradigah şose yolunun rayonun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

Masallı rayonunun Həsənli kənd sakini, 64 yaşlı Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı 44-BR-444 dövlət nömrə nişanlı minik avtomobili idarə etmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Güclü zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb. Ətrafdakıların köməyi ilə sürücü avtomobildən çıxarılaraq təcili yardım maşınında xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Əlavə edək ki, M.Fərəcov Masallının Həsənli kənd tam orta məktəbinin ingilis dili müəllimidir.