Polşanın baş naziri Rusiya və Belarusu “miqrantların hücumunda” ittiham edib.
Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, il ərzində Polşa hakimiyyəti Belarusla sərhədi qanunsuz keçməyə 16 min cəhd qeydə alıb. O, bunu Polşa üçün təhlükə adlandırıb və Rusiya və Belarus hakimiyyətini vəziyyəti sabitləşdirmək üçün miqrantlardan istifadə etməkdə ittiham edib.
“Polşa iki ildən çoxdur ki, Belarusla şərq sərhədində hücuma məruz qalır. Bu, təkcə bizim ölkədə deyil, bütün Aİ-də sabitliyi pozmaq istəyən Rusiya və Belarusun birgə planıdır. Onlar Polşanın təhlükəsizlik strukturlarına zərbələr endirmək və avropalı müttəfiqlərin birliyini pozmaq üçün miqrantlardan həyasızcasına istifadə etdilər”, -deyə Mateusz Morawiecki İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.
“Bu, dövlətimiz üçün təhlükədir. Faktiki olaraq Aİ və NATO-nun xarici sərhədi olan Polşanın şərq sərhədinin təhlükəsizliyinin təmin edilməsi bizim prioritetimizdir”.
2021-ci ilin yayında Avropa İttifaqına daxil olmaq istəyən bir neçə min miqrant Polşa və Belarus sərhədində toplanıb. Varşava Minski miqrasiya böhranı yaratmaqda ittiham edib. Belarus hakimiyyəti ittihamları rədd edir.
İyulda sərhəddə vəziyyət gərginləşib. Uğursuz üsyan cəhdindən sonra Wagner PMC döyüşçülərinin bir hissəsi Belarusa keçdikdə, Polşa sərhəddəki hərbi kontingentini artırıb. Belarusla sərhəddə snayperlər də daxil olmaqla, hərbçilərin sayı 1000-dən 2000-ə çatdırılıb.Polşanın müdafiə naziri Mariuş Blaşçak sərhəddən 36 km aralıda hərbi hissə yaratmaq planlarını açıqlayıb.