16:09

Ərdoğan bildirib ki, o, artıq Netanyahunu özünün həmsöhbəti hesab etmir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq İsrailin baş naziri Binyamin Netanyahunu özünün həmsöhbəti hesab etmir - Ankara “onun üstündən xətt çəkib”. Eyni zamanda o qeyd edib ki, Türkiyə milli kəşfiyyatının rəhbəri İbrahim Kalın İsrail tərəfi ilə əlaqə saxlayır.

“Netanyahu heç bir halda bizim üçün əlaqə adamı deyil”, – Ərdoğan deyib.

Bundan əvvəl prezident İsraili insanlığa qarşı cinayət törətməkdə ittiham edib.