15:21

Konor Makqreqor İrlandiya prezidenti olmağa qərar verib

Keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb. Seçkilər 2025-ci ildə keçiriləcək. İdmançı sosial şəbəkələrdə yaşı 70-dən yuxarı olan əsas rəqiblərinin adlarını sadalayaraq əlavə edib: “Mənim də 35 yaşım var, gəncəm, aktivəm, həyata həvəsliyəm, damarlarımda təzə qan axır. ”

Xatırladaq ki, Konor Entoni Makqreqor peşəkar boksda da çıxış edən irlandiyalı qarışıq döyüş sənətçisidir. O, UFC-nin himayəsi altında yüngül çəki dərəcəsində çıxış edir. Yüngül və yarımyüngül çəkidə keçmiş UFC çempionudur./Xəbər24.media/