20:43

Biləsuvarda yol qəzasında iki nəfər xəsarət alıb

Biləsuvarda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər24.medianın məlumatına görə, nəqliyyat vasitəsinin idarəetməni itirməsi nəticəsində rayon sakinləri, 1997-ci il təvəllüdlü Nahid Yarızadə və 2003-cü il təvəllüdlü Mərhəmət Xosuzadə xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb. Burada onlara müvafiq tibbi yardım göstərilb. Hazırda vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.