18:01

Yardımlı və Lerik rayonlarında ev yanıb

Yardımlı və Lerik rayonlarında yanğın hadisəsi baş verib. Xəbər24.media FHN-ə istinadən bildirir ki, Yardımlıdakı yanğın rayonun Porsova kəndində qeydə alınıb. Ümumi sahəsi 300 m² olan ikimərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları 280 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Lerik rayonunun Pirəsora kəndində ümumi sahəsi 110 m² olan ikimərtəbəli, 6 otaqlı evdə baş verən yanğın zamanı evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və içərisinə yığılan 8 ton ot bağlamasının 1 tonu yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.