09:29

Qoyun oğruları yaxalandı - Cəlilabadda

Cəlilabadda qoyun oğurluğu ilə məşğul olan rayon sakinləri yaxalanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24.mediaya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun ayrı-ayrı ərazilərində 6 təsərrüfatdan ümumilikdə 12 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb. Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Elgün Şahmarov, Bəhruz Əlizadə və daha bir nəfər yeniyetmənin olduqları müəyyənləşdirilib.

Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində isə dövlət qurumlarından birinin balansında olan ümumi dəyəri 1690 manat olan 13 ədəd quyu qapağını oğurlamaqda şübhəli bilinən rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Ehtibar Quliyev və Rahim Verdiyev müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.