19:06

Lənkəranda dəm qazı ər və arvadın canını alıb

Lənkəranda dəm qazı iki nəfərin həyatına son qoyub. Xəbər24.medianın məlumatına görə, hadisərayonun Göyşaban kəndi ərazisində baş verib. Kənd sakinləri olan ər və arvad Murad Aydın oğlu Cəfərov və Bənövşə Abduləli qızı Cəfərovanın cansız bədəni yaşadıqları evdə aşkarlanıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.