09:21

Astarada keçmiş məhkumdan külli miqdarda narkotik vasitə tutulub

Astarada keçmiş məhkumdan 10 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Bu barədə Xəbər24.mediaya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş İman Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb.

Həmin şəxsin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq onun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə edərək Ələt-Astara yolunun Şahağacı kəndindən keçən hissəsində yolun kənarında gizlətdiyi 7 kiloqram marixuana, 2 kiloqram heroin, 1 kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.