13:14

Astarada azyaşlı piyadanı maşın vuraraq öldürüb

Astarada ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Xəbər24.medianın məlumatına görə, hadisə rayonun Qamışoba kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı, 90 - EZ - 171 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən, piyada, Cəlilabad rayonunun Çəmənli kənd sakini, 5 yaşlı qız uşağını vurub. Sürücü uşağı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırmaq istəsə də, azyaşlı yolda keçinib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hadisəni törədən sürücü könüllü polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.