15:09

Lerikdə dərədən kişi meyiti tapılıb

Lerikdə meyit tapılıb.

Xəbər24.medianın məlumatına görə, bu gün səhər saatlarında Lerik rayonunun dağlıq ərazisində dərədən kişi meyiti tapılıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Meyitin üzərinə baxış keçirilən zaman üzərində hər hansı bir zorakılıq əlaməti aşkar olunmayıb. İlkin müayinələrdən meyitin bir neçə gün həmin ərazidə qaldığı müəyyənləşdirilib.

Hazırda meyitin şəxsiyyətinin dəqiqləşdirlməsi istiqamətində zəruri tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.