17:23

Lerikdə tapılan kişi meyitinin şəxsiyyəti məlum olub

Lerikdə tapılan kişi meyitinin şəxsiyyəti məlum olub.

Xəbər24.medianın məlumatına görə, hüquq mühafizə orqanlarının həyata keçirdikləri istintaq tədbirlərindən meyiti aşkarlanmış şəxsin Lerik rayon sakini, 60 yaşlı Fəxrəddin Məmməd oğlu Orucovun olduğu müəyyənləşdirilib.

Məlum olub ki, Fəxrəddin Orucov dünən səhər alış-veriş etmək üçün Piran kəndinə gedib. Axşam evə qayıdanda maşınını yolun kənarda saxlayıb və etdiyi alış-verişlə piyada evə getməli olub. Evinə 700 - 800 metr qalmış, bilinməyən səbəblərdən (ayağı sürüşmə ehtimalı var) təqribən 4 - 5 metr hündürlükdən aşağı yuvarlanıb.

Bu gün səhər isə Lənkərana gedən maşınlar yolda sumkalar görüblər. Maşını saxlayıb ətrafa baxanda F.Orucovun donmuş vəziyyətdə meyitini aşkar edərək, bu barədə aidiyyəti üzrə məlumat veriblər.

Qeyd edək ki, meyit aşkar olunan Veri-Əliabad kəndi istiqamətində yerdə 40 -50 sm qar var. Gecə saatlarında havanın temperaturu aşağı düşdüyündən yollar buz bağlayır.