11:53

Lənkəranda 6 yaşlı uşaq qızılcadan ölüb

Lənkəranda azyaşlı qız uşağı qızılcadan ölüb. Xəbər24.medianın məlumatına görə, rayonun Veravul kənd sakini, 6 yaşlı Xədicə Qurbanlı yüksək hərarətlə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyublar.

Lakin təxirəsalınmaz tədbirlərə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.