11:03

Narkotiklərin satışı ilə məşğul olan Masallı sakinləri yaxalanıb

Masallıda narkotiklərin satışı ilə məşğul olan şəxslər yaxalanıb. Bu barədə Xəbər24.mediaya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı Oruc Hacıyev saxlanılıb. Ondan satış üçün hazır bükümlərdə qablaşıdırılmış heroin aşkarlanıb.
O.Hacıyevin narkotik vasitəni həmyerlisi Amid Nəzərlidən aldığı müəyyənləşdirilib.

Tədbirlərin davamı olaraq A.Nəzərli də saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 5 kiloqramdan artıq metamfetamin, heroin və marixuana aşkarlanıb.

Araşdırmalarla A.Nəzərlinin həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.