15:05

Lənkəranda baş verən yol qəzasında 4 nəfər yaralanıb

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. Xəbər24.medianın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Liman şəhəri ərazisində qeydə alınıb. "Azsamand" markalı minik avtomobili "Volkswagen" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış Masallı rayon Gəyəçöl kənd sakinləri, 2003 - cü il təvəllüdlü Məmmədəli Bahadır oğlu Nəsirov, 1984 - cü il təvəllüdlü Aslan Məhərrəm oğlu Abdullayev, 1995 - ci il təvəllüdlü Elton İdrak oğlu Nəsirov və Lənkəran şəhər sakini 1982 - ci il təvəllüdlü Emin Əlişan oğlu Şükürov Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onlardan Məmmədəli Nəsirov qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.