11:14

Lənkəranda yaşıl çay yarpağının yığımına başlanılıb

Lənkəranda mövsümün ilk çay yığımına başlanılıb. May ayında havaların yağıntılı keçməsi yaşıl çayın yığımını bir qədər gecikdirsə də, sahələrdən bol məhsul götürüləcəyi proqnozlaşdırılır.

May ayının ilk həftəsindən Lənkəranın çay plantasiyalarında ilk çay yığımına start verilib. Rayonun Osaküçə kəndində ümumi sahəsi 50 hektar olan çay sahəsi müasir suvarma sistemləri ilə təchiz edilib. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanılması üçün bütün lazımi aqrotexniki qulluq göstərilib. Ötən il çay plantasiyasından 80 tona yaxın yüksək keyfiyyətli yaşıl çay yarpağı yığılıb. Bu il daha çox məhsul toplanılması qarşıya məqsəd qoyulub. May ayında yığılan çay yarpaqları ən keyfiyyətli məhsul sayılır