19:47

Masallıda heyvandarlıq məhsullarının istehsalı artır

Masallı Rayon Statistika İdarəsindən Xəbər24.mediaya verilən məlumatda bildirilir ki,2023-cü ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 3630,7 ton ət, 26256,9 ton süd, 36786,0 min ədəd yumurta və 144,3 min ton isə yun istehsal edilib. 2022-ci ilin müvafiq dövrünə nisbətənət istehsalı 1,5 ton, süd istehsalı isə 0,8 ton, yumurta istehsalı 2,0 min ədəd,yun istehsalı isə 0,1 ton artıb.

1 iyul 2023-cü il vəziyyətinə 74046 baş iribuynuzlu mal-qara (ondan 37410 baş inək və camışlar), 95934 baş isə qoyun və keçi mövcud olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 143 baş (0,2 faiz), inək və camışların sayı 274 baş (0,7 faiz), qoyun və keçilərin sayı isə 606 baş (0,6 faiz) artıb.

Rayon ərazisində fəaliyyət göstərən 6 süni mayalandırma məntəqələrində2023-cü ilin yanvar-iyun aylarında süni mayalandırılmış 1339 baş inək, camış və düyələrdən 1096 baş bala alınıb.

Süni mayalandırılmadan alınan balaların sayı əvvəlki ilin müvafiq dövründən 144 baş və ya 11,6 faiz azdır.