12:50

Astarada tibbi aksiya-FOTOLAR

Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə 12-13 may 2023-cü il tarixlərində növbəti xeyriyyə aksiyası keçirilib.

Xəbər24.media - nın məlumatına görə, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Akademik Zərifə Əliyeva adina Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikasına baş çəkərək aksiyanın gedişi ilə maraqlanıb. Astarada ardıcıl olaraq hər il Akademik Zərifə xanım Əliyevanın ad günü ərəfəsində keçinlən tibbi aksiyalanın ənənəvi hal aldığını qeyd edən İcra başçısı belə xeyirxah təşəbbüsə görə Mərkəzin rəhbərliyinə və tibb personalına minnətdarlıq edib. Bildirib ki, bu ilki tibbi aksiya həm də Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın 100 illik yubileyinə təsadüf etdiyindən daha əlamətdardır.

Aksiyanın gedişində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb elmləri doktoru, professor Elmar Qasımov Səyyar klinikada müayinələrin gedişi ilə maraqlanaraq, tibb işçilərinə tövsiyə və tapşırıqlarını verib.
Göstərilən tibbi xidmətdən razılığını ifadə edən yerli sakinlər belə xeyriyyə aksiyalarının keçirilməsinə görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, aksiya çərçivəsində Mərkəzin Səyyar Klinikasında 178 şəhid və aztəminatlı ailə üzvləri, habelə qazilər, müharibə iştirakçıları müayinə edilib, onların hər biri müalicəyə cəlb olunublar.










Xəbər24.media
Şahidi olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru