15:42

Tibb üzrə Nobel mükafatı Katalin Kariko və Dryu Veysmana verilib

2023-cü il Tibb üzrə Nobel Mükafatı COVID-19-a qarşı mRNT vaksinlərinin hazırlanmasına görə macar Katalin Kariko və amerikalı Drew Weissmana verilib. Bu barədə bazar ertəsi, oktyabrın 2-də Stokholmdakı Karolinska İnstitutunun Nobel Komitəsi məlumat yayıb.

Komitənin qənaətincə, alimlər Nobel mükafatını "nuklein turşusu əsaslarının modifikasiyası sahəsində" kəşflərinə görə alıblar ki, bu da sonradan mRNT vaksinlərinin hazırlanmasına imkan verib.