13:22

Lənkəranda yeni açılan regionun İlk Süd Vəzi Diaqnostik Mərkəzi “First Medical Center” yolunuzu gözləyir

1987-ci ildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ilk endoskopiya kabineti doktor Hacı Fayaz Əlipaşa oğlu Məmmədov tərəfindən yaradılıb, 1989-cu ildə isə o, ilk dəfə olaraq Lənkəranda ultrasəs müayinə kabineti açaraq orada həkim kimi çalışıb. 2009-cu ildə Lənkəranda ilk özəl USM kabineti Hacı Fayaz Məmmədov və oğlu Rüfət Əlizadə tərəfindən yaradılıb. Rüfət Hacı Fayaz oğlu Əlizadə 2008-ci ildə Milli Onkoloji Mərkəzdə işləyib, sonra Türkiyədə Ankaradakı Etlik Doğum Evində ixtisasını artırıb, artıq 14 ildir ki, Lənkəranda Özəl Ultrasəs Müayinə Kabinetində direktor və həkim vəzifəsində çalışır.

Hacı Fayaz Məmmədov uzun illər Lənkəran Mərkəzi Rayon Xəstəxanasında fəaliyyət göstərərək insanların sağlamlığı keşiyində durub. Harada işləməsindən asılı olmayaraq, insaf və ədaləti əsas meyar götürüb və ona müraciət edən xəstələrə səmimi münasibətini əsirgəməyib. Bu gün oğlu Rüfət Rüfət Əlizadə bacarıqlı və yüksək səviyyəli həkim kimi əhaliyə xidmət edir.

Lənkəranda yeni açılan Süd Vəzi Diaqnostik Mərkəz Rüfət Əlizadənin rəhbərliyi ilə artıq 2023-cü ilin may ayından fəaliyyətə başlayıb.
Süd Vəzi Diaqnostik Mərkəz fəaliyyətə başlayandan sonra, Lənkərandan Bakıya getməyə ehtiyac qalmayıb.

Artıq Süd Vəzi müayinələri, erkən diaqnostika, tam müasir rəqəmsal aparatlar, Bakı və bir çox ölkələrlə birbaşa konsultasiya xidmətləri, ən əsası xərçəngin erkən aşkarlanmasında qızıl standart müayinə üsulu olan Mammoqrafiya, Duktoqrafiya, Biopsiya, kistadaxili biopsiya, süd vəzinin ultrasəs müayinəsi, Elastoqrafiya, kistaların boşaldılması, Mammoqrafiya altında tru cüt biopsiya kimi süd vəzi axarlarını dəqiq müayinə edən alətlər, süd vəzi kistalarının boşaldılması, aspirasiyası, şübhəli törəmələrdən götürülən tru cüt biopsiya, histoloji təhlillər, mastopatapiya, mastalgiya, abses, mastit, fobroadenoma və bir çox süd vəzi ağrılarının dəqiq səbəb və müayinəsi və daha individual tibbi xidmətlərlə mərkəzə Bakıdan dəvət olunmuş həkim-mammaloq-radioloq Günel Qəmbərovanın öz tərəfindən icra olunacaq.

Bu mərkəzin peşəkar mammoloq-radioloqu Günel Qəmbərova Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası və Şüa terapiyası kafedrasının müəllimidir. Avropa Radioloqlar Assosiasiyası (ARc) Azərbaycan Radioloji Cəmiyyəti, Türk Tibb Onkoloji Dərnəyi, Gürcüstan Mammologiya Dərnəyinin üzvüdür. Rusiyada keçirilən ”A”–dan “Ya”-ya mammologiya kursunun bütün təlimlərinə qatılan səkkiz sertifikat alan yeganə azərbaycanlı həkimdir.

Qeyd edək ki, Süd Vəzi Diaqnostik Mərkəzi regionda süd vəzinin diaqnostikası ilə məşğul olan ilk və tək mərkəzdir.
Duktoqrafiya regionda yalnız bu mərkəzdə edilir. Bu isə, süd vəzinin diaqnostikası üçün mühüm müayinələrdən biridir.
Artıq cənub bölgəsində yaşayan xanımlar da bu yüksək xidmətdən faydalana bilərlər.

Burada tibbi avadanlıqlar hamısı 2022-ci ilin istehsalıdır.
Mərkəz First Medical Center klinikasının nəzdində fəaliyyət göstərir. Klinika iki mərtəbədən ibarətdir və birinci mərtəbə tamamilə süd vəzi mərkəzi üçün ayrılıb. İkinci mərtəbədə isə digər ixtisaslı həkimlər üçün şərait yaradılıb.

Odur ki, klinikada pediatr, endokrinoloq, uşaq kardioloqu, ginekoloq, nevroloq, onkoloq kimi digər həkimlər də xəstə qəbulu həyata keçirir.

Süd Vəzi Diaqnostik Mərkəzə yetkinlik yaşına çatmış, süd vəzində qızartı, şişkinlik, ağrı, bərkimə, qanlı ifrazat kimi şikayətləri olan hər kəs müraciət edə bilər.

Hər 8 qadından birində SVX rast gəlinir. Səkkiz qadından biri sən olma!

Mərkəzdə süd vəzi ağrıları, süd vəzi giləsindən gələn axıntı, ələ dəyilən şişlər, düyünlər, qadın xəstəlikləri, aybaşı pozuntuları, uşaqlıq boyunun xəstəlikləri, uşaqlığın mioması, uşaqlığın adiomiozu, endometrionun polipi, yumurtalıq kistası, uşaqlıq boyunun kistaları, uşaqlıq yolunun kistaları, bartolin vəzinin kistaları, xarici tənasül orqanlarının popilomaları, kandilomaları, kistaları, uşaqlıq boyunun xərçəngi, yumurtalıq xərçəngi, vulva xərçəngi, bütün ginekoloji xərçəngi, müalicə metodları, kolposkapiya, papsemear, uşaqlıqda aparılan hər növ cərrahi əməliyyat (histerokomiya, kistektomiya, miomektomiya), vaginoplastika, bartolom vəzi kistalarının ləğvi, uşaqlıq boyunun eroziyalarının diaqnostikası və müvafiq müalicə, vulva, kandiloma və papillomaların lazer ilə tam ağrısız şəraitdə detruksiyası, uşaqlıq boyunun poliplərinin lazer üsulu ilə ləğvi, endometrial biopsiyalar, laparoskopik əməliyyatların bunların müayinəsi həkim-onkogenekoloq Könül xanım Mərdanova tərəfindən həyata keçirilir.

Mərkəzdə el arasında bildiyimiz zob-qalxanabənzər vəzinin xəstəlikləri, əsəb xəstəlikləri, nevroloji problemlərin həlli üçün First Medical centera Bakıdan peşəkar həkimlər dəvət olunub. Klinika ən müasir tipli aparatlar və cihazlarla təchiz edilib. Deyirlər: - “Diaqnostika tibbin görən gözüdür”. Mərkəz son model cihazlarla xəstələrə düzgün diaqnoz qoyur, onların xəstəliyini aşkarlayır, tez bir zamanda sağlamlığını bərpa edir. Xəstələr də sağlamlığına qovuşurlar.

Təşviş, həyəcan pozuntuları, post-travmatik stress, panik atak, sosial fobiya və qorxular, obsessiv-kompulsiv pozuntu, Dipresiya, travma qidalanma pozuntuları, autizm spektr pozuntusu, uşaqlarda diqqət əskikliyi, hiperaktivliyin müalicəsi, zərərli vərdişlər, münasibət pozuntuları, abituriyentlərlə psixoloji iş, ailə və uşaq münasibətində psixoloji dəstək, yeniyetmələrdə psixoterapiya davranış problemləri həkim-psixiatr Aytən Aslanova tərəfindən həyata keçirilir.

Mərkəzdə həkim-pediatr Afət İbrahimli, həkim-endokrinoloq Lalə Alcan, həkim-mama-genekoloq Nəzakət Hacızadə, damar cərrahı Zaur Əliyev, nevroloq Sevinc Erebi, mütəxəssis pediatrik kardioloq invaziv cərrah Vəli Behbudov kimi peşəkar ixtisaslı həkimlər də fəaliyyət göstərirlər.

Mərkəz Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 20 ünvanında yerləşir.

Öncədən növbəyə yazılmaq üçün bu nömrə ilə əlaqə saxlamaq olar: (050) 799-00-14, sudvezixercengi.az saytına daxil olmaqla onlayn da müraciət edə bilərsiniz.

Hər həftə tanınmış mammoloq-radioloq Dr.Günel Qəmbərova mərkəzdə pasient qəbul edir. Maraqlananlar həkimlə “gunelqemberova” instaqram hesabı ilə də əlaqə saxlaya bilərlər.