14:27

Lənkəranda Çay festivalı keçirilib - FOTOLAR

4-6 iyun tarixlərində Lənkəran şəhərində Çay festivalı keçirilib. Xəbər24.medianın məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin və "Azerçay"ın təşkilatçılığı ilə baş tutan tədbir Lənkəran şəhərinin Heydər Əliyev Xatirə Parkında açıq havada 3 gün davam edib. İştirakçılara müxtəlif animasiyalar, sürpriz hədiyyələr təqdim olunub, milli adət-ənənəmizə uyğun oyunlar və məşhur müğənnilərin iştirakı ilə konsert proqramı keçirilib. Festival çərçivəsində təşkil olunan müxtəlif yarışmalarda qalib olanlar hədiyyələrlə mükafatlandırılıblar.

Festivalın bağlanış mərasiminə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri qatılıblar. İcra başçısı “Azerçay”ın stendləri ilə tanış olub və təşkil olunan konsert proqramında iştirak edib.