16:04

Aktrisa İrina Miroşniçenko vəfat edib

Görkəmli sovet və rus teatr və kino aktrisası İrina Miroşniçenko 81 yaşında vəfat edib.

Xəbər24.media Rusiya KİV-lərinə istinadən bildirir ki, yulun 30-də aktrisa qripin ağır forması ilə reanimasiyaya yerləşdirilib.
Bir həftə evdə müalicə olunmağa çalışmasına baxmayaraq, vəziyyəti pisləşməyə davam etdyindən İ.Mirpoşniçenko bazar günü təcili olaraq xəstəxanaya yerləşdirilib, burada aktrisaya ürək qapağının ciddi zədələnməsi və ağırlaşmalar, o cümlədən pnevmoniya, tromboz, sepsis və fibrilasiya diaqnozu qoyulub. İrina Miroşniçenko reanimasiyada özünə gəlmədən dünyasını dəyişib.

Onun dəfn mərasiminin təşkilini Moskva İncəsənət Teatrı öz üzərinə götürəcək.

İrina Miroşniçenko 24 iyul 1942-ci ildə Barnaulda anadan olub. O, aktrisa kimi Georgi Daneliyanın “Mən Moskvanı gəzirəm” filmində debüt edib. Aktrisanın ilk böyük işi Anton Timoşininin "Onları yalnız görmə qabiliyyəti ilə tanıyırdılar" filmindəki kəşfiyyat agenti Qalina Ortynskaya rolu idi. Miroşniçenko həmçinin "Vanya dayı", "Sən heç xəyal etmədin...", "Qırmızı saçlı, namuslu, aşiq", "Madam Vonqun sirləri", "Qış albalısı", "Şəkərdə zoğal" və bir çox başqa filmlərdə rol alıb.