11:36

SSRİ xalq artisti Vera Vasilyeva vəfat edib

Bu gün Sovet və rus aktrisası, SSRİ xalq artisti Vera Vasilyeva 97 yaşında vəfat edib. Bu barədə TASS-a aktrisanın çalşdığı Moskva Akademik Satira Teatrından məlumat verilib.

"Vera Kuzminiçna vəfat edib", - deyə mənbə bildirib.

Vera Vasilyeva 1948-ci ildə İnqilab Teatrı nəzdində Moskva Şəhər Teatr Məktəbini bitirdikdən sonra Satira Teatrına gəlib və burada 60-dan çox rol oynayıb. Oynadığı ən yaxşı teatr rollarından biri Valentin Pluçekin “Dəlilər günü” və ya Bomarşenin “Fiqaronun evliliyi” filmində qrafinya Almaviva olub

Hələ tələbə ikən 1945-ci ildə Vasilyeva "Əkizlər" filmində Kamo rolu ilə kinoda debütünü edib. O, ilk böyük rolunu 1947-ci ildə İvan Pıryevin "Sibir diyarının əfsanəsi" filmində oynayıb.

Filmoqrafiyada Vasilyevanın 40-dan çox əsəri var.

Aktrisanln dəfn olunacağı yer və tarix barədə daha sonra məlumar veriləcək.