21:17

Məşhur italyan müğənnisi Toto Kutunyo vəfat edib

Ansa agentliyinin sənətçinin menecerinə istinadən verdiyi məlumata görə, məşhur italyan müğənnisi Toto Kutunyo dünyasını dəyişib.

Ölümündən bir müddət əvvəl Kutinyo Milanda yerləşən San Raffaele xəstəxanasına yerləşdirilib. Uzun sürən xəstəlikdən sonra müğənninin vəziyyəti pisləşib. Maestronun 80 yaşı var idi.

Qeyd ed'k ki? Salvatore (Toto) Kutunyo (ital. Salvatore "Toto" Cutugno) 7 iyul 1943-cü ildə anadan olub. italyan müğənnisi və bəstəkardır. Adriano Çelentano, Joe Dassin, Dalida, Ricchi e Poveri kimi sənətçilərlə işbirliyi ilə tanınır. O, L'italiano mahnısı ilə məşhurlaşıb. 1990-cı ildə Zaqrebdə keçirilən Eurovision Mahnı Müsabiqəsinin qalibi olub.