17:39

Cəlilabadın İcra başçısı “Paşatəpə” abidəsində aparılan arxeoloji qazıntı işləri ilə tanış olub-FOTOLAR

Cəlilabad rayonunun Cəfərxanlı kəndində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə “Paşatəpə” abidəsində qazıntı işləri aparılır.

Xəbər24.medianın məlumatına görə, abqustun 15-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov “Paşatəpə” abidəsində aparılan arxeoloji qazıntı işləri ilə tanış olub. Nümayəndə heyəti ilə görüşən RİH-nin başçısı, qazıntı ilə bağlı arxeoloqların təəssüratlarını öyrənib. Rayon rəhbərinə bildirilib ki, qazıntılar zamanı xeyli sayda tapıntıların əldə edilməsi nəzərdə tutulub.

RİH-nin başçısı “Beynəlxalq Arxeoloqlar Günü” münasibəti ilə Cəlilabadın qədim tarixinin araşdırılmasında göstərdikləri xidmətlərinə görə arxeoloq və tədqiqatçılara fəxri fərmanlar təqdim edib.