Neftçala rayonunun təsərrüfatlarında yaz tarla işləri davam edir. Fermerlər əlverişli hava şəraitindən yararlanaraq tarla işlərini optimal müddətdə yekunlaşdırmağa çalışırlar.
Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfovun Xəbər24.mediaya verdiyi məlumata görə, təsərrüfatlar üzrə indiyə kimi 2265 hektardan çox sahədə yaz əkinləri aparılıb. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 254,4 hektar və ya 12,6 faiz çoxdur Əkilmiş sahələrin 1271 hektarı yonca (payızlıq və yazlıq), 153,5 hektarı kartof, 63,5 hektarı tərəvəz, 5,5 hektarı bostan, 772 hektarı vələmir bitkilərinin payına düşür.