13:47

FHN-in Cənub Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

Xəbər24.media Fövqəladə Hallar Nazirliyinin sayıtına istinadən xəbər verir ki, Cənub Regional Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev ideyalarına sadiqik” mövzusunda tədbir keçirilib.

Tədbirdə FHN-in yerli qurumlarının əməkdaşları iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov ulu öndər Heydər Əliyevin zəngin ömür yolundan danışıb, müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri barədə məlumat verib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Daha sonra tədbir iştirakçıları “Heydər Əliyev İli” çərçivəsində Cənub Regional Mərkəzinin həyətyanı sahəsində ayrılmış ərazidə ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Aksiya çərçivəsində ərazidə xeyli sayda ağac əkilib, gübrələmə və suvarma işləri aparılıb.






Xəbər24.media

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru