Lənkəranda evdən oğurluq edən şəxslər yaxalanıb. Bu barədə Xəbər24.mediaya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilb. Bildirilib ki, rayonun Liman şəhəri ərazisində yerləşən evlərdən birindən 8000 ABŞ dolları və 930000 rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə Bakı şəhərində, Rövşən Nuruşov isə Saatlıda saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.